Ağ Şəhər, 1-ci Yaşıl Ada küç. 7

XƏBƏRLƏR

Bakı Ağ Şəhər piyada körpüsünün layihələndirilməsi başa çatır

Ağ Şəhərin növbəti landmarkı olan piyada körpüsü şəhərsalmada mühüm məsələlərin həllini verir və həmçinin şəhər memarlığında estetik rol oynayır. Ağ Şəhərdə salınacaq yüksək səviyyəli körpü layihənin şimal və cənubunu Nobel prospekti üzərindən birləşdirəcək və Bakının yeni nişanlarından birinə çevrilməsini vəd edir.

Eni 7-14 metr, uzunluğu 237 metr olan körpünün üst qatı cənubda Baku City Mall alış-veriş mərkəzinin 3-ü mərtəbəsinə, şimalda eyni zamanda Fəvvarələr Meydanının mərkəzinə, 1-ci Fəvvarələr küçəsinə, alt qatı isə Nobel prospektində yerləşən Zaman meydanına çıxacaq. Piyadalar həmçinin körpüdə yerləşdiriləcək eskalator və liftlər vasitəsilə Ağ Şəhər metro stansiyasına rahat gediş-gəliş əldə edəcəklər.

Körpünün inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərəfindən həyata keçirilir. Körpünün layihələndirməsində yerli mühəndislərlə bərabər Almaniyanın Werner Sobek şirkəti iştirak etmişdir. Memarlıq həlləri dünyada aparıcı memarlıq bürosu kimi tanınmış Niderlandın UN Studio şirkəti tərəfindən işlənilmişdir. UN Studio şirkəti Bakı Ağ Şəhər layihəsi çərçivəsində investorların sifarişi ilə Nobel prospektinə çıxan qoşa ofis binalarını və bank binasının layihəsini işləmişdir. Bu şirkət memarlıq, infrastruktura və şəhərsalma sahəsində ABŞ, Niderland, Avstriya, Tayvan, Sinqapur, Çin və digər ölkələrdə məşhur layihələrin müəllifidir. İlkin mərhələdə Londonda Millennium körpüsü, Strasburqda Kehl körpüsü, Kaliforniyada Sundial körpüsü kimi dünyanın ən heyranedici piyada körpülərinin tərtibat və tikintisi araşdırılmışdır.

Verilən unikal dizayn özündə piyada təhlükəsizliyi, cazibədar işıqlandırma, küçə mebeli, rahat hərəkət üçün geniş məkan və cəlb edən atmosferi birləşdirir. Dizaynda işlənilmiş landşaft isə piyada hərəkətini bir gəzintiyə çevirəcək. Bütün bunlar körpünü Bakı sakinlərinin və turistlərinin sevimli məkanına çevirəcək.

Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir. Ağ Şəhər dünyanın qabaqcıl və müasir ekoloji şəhərsalma layihələrindəndir. Layihə üzərində yerli mütəxəssislərlə yanaşı “ATKİNS“ (Böyük Britaniya), “Fosters + Partners” memarlıq şirkəti və “F+A Architects” (ABŞ) arxitektura bürosu işləmişdir. Bakı Ağ Şəhər layihəsi müxtəlif beynəlxalq və yerli mükafatlara, o cümlədən Honkonqda “MIPIM Asia Awards 2011” müsabiqəsində "Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi" nominasiyasında, Dubayda “Cityscape Global” və bir sıra digər sərgilərdə “Ən yaxşı şəhərsalma layihəsi” kimi müxtəlif mükafatlara layiq görülüb.

Niyə sizin mənziliniz İLK 5* ULDUZLU Yaşayış Kompleksində olmasın?