Ağ Şəhər, 1-ci Yaşıl Ada küç. 7

XƏBƏRLƏR

Gələcək memarlar Bakı Ağ Şəhəri ziyarət etdi

Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən yaradılan “Qış məktəbi” layihəsi 2019-cu ildə də baş tutdu.

Fevralın 4-dən etibarən Qırğızıstan, Slovakiya, Rusiya universitetlərindən 40 nəfərdən ibarət tələbə və müəllim heyəti ölkəmizə gələrək AzMİU-nun Memarlıq fakültəsinin müəllimlərinin mühazirələrində iştirak etdilər, tələbələrin Bakının qədim və müasir memarlıq abidələri ilə tanış olaraq əyani dərslər aldılar.

Səfər çərçivəsində tələbələrin Bakı Ağ Şəhər layihəsinə turu təşkil olundu. Burada “Qış məktəbinin” iştirakçılarına Ağ Şəhər layihəsini ərsəyə gətirən memarlıq bürolarının layihələndirmə prosesində böyük şəhərlərin nəqliyyat, infrastruktur, tikinti göstəricilərinin təhlili barədə məlumat verilib. Tələbələrə ərazinin tarixi olan Qara şəhərin neft tullantıları ilə çirklənmiş sahələrini əks etdirən plakatlar təqdim edilib. Onları maraqlandıran suallar layihə mütəxəssisləri tərəfindən cavablandırılıb.

Ağ Şəhəri gəzintiyə çıxan tələbələr əyani olaraq həyata keçirilən işlərlə tanış olublar.

Niyə sizin mənziliniz İLK 5* ULDUZLU Yaşayış Kompleksində olmasın?